Dünya bankları ortaq qərarla dolları ucuzlaşdırır

Dünyanın iri mərkəzi bankları bazarların dollara ehtiyacını ödəmək üçün ortaq tədbirlər barədə razılaşıblar və valyuta dəyişmə əməliyyatları üçün faiz dərəcəsini 1 faizdən 0.5 faizə endiriblər.

Yeni faiz dərəcələri dekabrın 5-dən qüvvəyə minəcək və fevrala qədər qüvvədə olacaq.

Avropa Mərkəzi Bankı, ABŞ Federal Ehtiyatları, İngiltərə, Yaponiya, İsveçrə və Kanada banklarının bu qərarı nəticəsində dünya birjalarında son günlər yüksələn dollar ucuzlaşmağa başlayıb. Birjalarda səhmlərin qiymətləri də artır.