8 ayda Suriyada 4 mindən çox adam öldürülüb

Son 8 ay ərzində Suriyada keçirilən etiraz aksiyaları zamanı 4 mindən çox adam öldürülüb.

Bunu cümə axşamı Cenevrədə keçirdiyi mətbuat konfransında BMT-nin insan haqları üzrə idarəsinin rəhbəri Navi Pillay deyib.

O Suriyada davam edən qarşıdurmanın vətəndaş müharibəsinə doğru getdiyini bildirib.

Avropa Birliyi bu gün Suriyaya qarşı sanksiyaların kəskinləşdirilməsi barədə qərar qəbul edib.

Söhbət energetika və maliyyə sektorundan gedir.