Bu gün Cenevrədə BMT-nin İnsan Haqları Şurası Suriyadakı vəziyyətlə bağlı təcili toplantı keçirəcək.
Son 8 ayda Suriyada prezident Bashar Assad əleyhinə keçirilən etiraz aksiyaları zamanı 4 mindən çox adam öldürülüb. Bunu BMT-nin insan haqları üzrə idarəsinin rəhbəri Navi Pillay dünənki mətbuat konfransında bildirib.
O deyib ki, Suriyada davam edən qarşıdurma vətəndaş müharibəsinə doğru gedir.