Əsgər yaralanıb

Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.

Hadisə dekabrın 3-də cəbhənin Xocavənd rayonu istiqamətində qeydə alınıb.

Çiynindən güllə yarası alan Milli Ordunun əsgəri Rəşad Məmmədov hospitala yerləşdirilib.

Azərbaycan Müdafiə Nazirliyi faktı təsdiqləyib.

Əsgərin vəziyyəti kafidir. /apa/