Özbəkistanda prezidentlik müddəti təzədən 7 ildən 5 ilə endirlir

Özbəkistan parlamenti prezidentlik müddətini yenidən beş ilə qaytarır. Bunu nəzərdə tutan sənəd artıq Senatda təsdiq edilib. Qanunun qüvvəyə minməsi üçün indi təkcə prezidentin imzası lazımdır.

Bu ölkədə 2002-ci ildə keçirilən referendumla prezidentlik müddəti 7 ilə qaldırılmışdı. Həmin qanunun qüvvədə olduğu müddətdə - 2007-ci ildə indiki prezident İslam Kərimov artıq bir dəfə prezident seçilib. İndi bu ölkədə söhbət gəzir ki, Kərimov qanunu dəyişməklə əslində daha iki dəfə prezident seçilə bilmək üçün formal maneəni aradan qaldırır.

73 yaşlı İslam Kərimov üç dəfə prezident seçilib. Onun ikisində qanunları dəyişməklə formal maneələri aradan qaldırmaqla kürsüdə qalıb.