Kosovo serbləri yolları açırlar


Kosovonun şimalında serblər yolları açmağa başlayıblar. Yollara qoyulan maneələrə görə NATO-nun sülhməramlıları ilə toqquşmalar yaranmışdı.

Yerli serb lider bildirib ki, yolun açılması sülhməramlılarla razılaşma əsasında mümkün olub.

Keçən həftə NATO sülhməramlıları yolu açmaq istəyərkən serblərlə baş verən qarşıdurmada əsgərlər də daxil olmaqla onlarla adam yaralanmışdı.

Etirazlara Kosovonun serblər yaşayan şimal ərazilərini Serbiya ilə birləşdirən iki gömrük posutuna alban hakimiyyəti nəzarəti ələ alandan sonra başlamışdı. Serbiya və Kosovo serbləri 2008-ci ildə müstəqilliyini elan etmiş Kosovonu qəbul etmirlər.