SSRİ-nin dağılması AzadlıqRadiosunun xüsusi layihəsində

Azerbaijan -- Twenty Years After the Collapse of the U.S.S.R.

1991-ci il, dekabrın 8-də bir neçə keçmiş sovet lideri – Rusiyadan Boris Yeltsin, Ukraynadan Leonid Kravchuk, Belorusdan Stanislau Shushkevich Belovejiya Sazişi imzaladılar. Bu, SSRİ-nin dağılmasının sənəddə formal təsdiqi idi.

Azadlıq və Azad Avropa Radioları Korporasiyası SSRİ-nin süqutunun 20 illiyinə xüsusi layihə həsr edib. Bu multimedia layihədə sıravi vətəndaşların, liderlərin xatirələri, hadisələrin xronologiyası və xəritələrlə o dövrün salnaməsi yaradılır.

AzadlıqRadiosunun saytında yayılacaq xüsusi layihəni qaçırmayın.

Layihə ilə burada tanış ola bilərsiniz.