2012-ci il üçün yaşayış minimumu artırılıb

Dekabrın 6-da Azərbaycan parlamenti «Azərbaycanda 2012-ci il üçün yaşayış minimumu haqqında» qanun layihəsini təsdiq edib.

Qanuna əsasən, 2012-ci il üçün Azərbaycanda yaşayış minimumu adambaşına 95 manatdan 108 manata, əmək qabiliyyətli əhali üçün isə 102 manatdan 116 manata qaldırılıb.

Bundan başqa, yaşayış minimumu pensiyaçılar üçün 72 manatdan 84 manata, uşaqlar üçünsə 76 manatdan 87 manata çatdırılıb.