Partlayışda ölənlərin sayı 48-ə çatıb

Bu gün Əfqanıstanın paytaxtı Kabildə şiə məscidinin yanında törədilən partlayışda ölənlərin sayı 48 nəfərə çatıb. 100-ə yaxın adam yaralanıb.

Yerli polisin verdiyi məlumata görə, partlayışı intiharçı törədib. O özünü Aşura mərasimi keçirən kütlənin içinə vurub.

Bu gün Mazari-Sharif şəhərində də partlayış olub. 4 nəfər ölüb, 17 nəfər yaralanıb.

Baş verən partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma üstünə götürməyib. Şiələr Əfqanıstanda dini azlıq sayılırlar.