ABŞ Rusiyada keçirilən seçkini tənqid edib

ABŞ Dövlət katibi Hillary Clinton Rusiyada keçirilmiş parlament seçkisini tənqid edib və ölkə rəhbərliyini pozuntularla bağlı hərtərəfli araşdırma aparmağa çağırıb.

O belə bir bəyanatla ATƏT-in Vülnisdə keçirilən sesiyasında çıxış edib.

Hillary Clinton həmçinin Belarusda insan haqlarının kütləvi pozulduğunu bildirib.

Dövlət katibi həmçinin suriyalı hüquq müdafiəçilıərilə görüşmək üçün bu gün Cenevrəyə yollanacaq.