Vahid Rusiya partiyası Duma seçkisində 49 faiz səs toplayıb

Rusiyada keçirilən Duma seçkisində hakim Vahid Rusiya partiyası 49 faizdən artıq səs toplayıb.

Bu 238 yer deməkdir.

İkinci yerdə 92 mandatla Kommunust, 3 –cü yerdə 64 mandatla Ədalətli Rusiya, 4-cü yerdə isə 56 səslə Liberal Demokrat partiyası gəlir.

Qalan 3 partiya isə 7 faizlik həddi keçə bilməyib.

Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov məlumat verib.

Baş nazir Vladimir Putin Duma və hökumətdə ciddi dəyişikliklər olacağını deyir.