Azərbaycanla Litva diplomatlar üçün viza rejimini ləğv ediblər

Azərbaycanla Litva diplomatik pasportu olan şəxslər üçün viza rejiminin ləğvi barədə saziş imzalayıblar.

Bu barədə APA agentliyi xəbər verir.

Sazişi Azərbaycanın xarici işlər naziri Elmar Məımmədyarovla Litvanın xarici işlər naziri
Audronyus Ajubalis imzalayıb.

Nazirlər iki ölkə arasındakı münasibətləri də müzakirə ediblər.