Avropa Birliyi Rusiyadakı seçkilərdən narahatdır

Avropa Birliyi Rusiyadakı parlament seçkilərində baş vermiş qanunsuzluqlardan narahat olduğunu bildirib.

Avropa Birliyini xarici siyasət idarəsinin rəhbəri Caterine Ashton bildirib ki, seçkilərdə saxtakarlıqlar olması və müstəqil müşahidəçilərə təzyiqlər göstərilməsi ciddi narahatlıq yaradır.