Mərkəzi Bank milli valyutanın möhkəmlənməsinə yol verməyəcək

Azərbaycanda manatın real məzənnəsinin möhkəmlənməsinə yol verilməyəcək.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

O, deyib ki, manatın möhkəmlənməsi yerli ixracatçılar üçün əlverişsiz şərait yarada bilər:

«Həm 2012-ci il, həm də sonrakı illər üçün manatın məzənnəsinin sabitliyi prioritet vəzifələrdən biri kimi müəyyənləşdirilib». /apa/