İsrailin keçmiş prezidenti həbsxanaya köçürülüb

İsrailin keçmiş prezidenti Moshe Katsav cəza çəkəcəyi həbsxanaya köçürülüb.

Seksual cinayətlərdə ittiham olunan keçmiş prezident 7 il azadlıqdan məhrum edilib.

11 ay əvvəl Tel-Əviv məhkəməsi onu 2000-2007-ci illərdə prezidentliyi dövründə iki zorlamada günahkar bilib.