ABŞ iranlılar üçün virtual səfirlik açıb

Birləşmiş Ştatlar çərşənbə axşamı internetdə iranlılar üçün virtual səfirlik açıb.

Səfirliyin saytı ingilis və fars dilindədir.

ABŞ dövlət katibi Hillary Clinton virtual səfirliyin iki xalq arasında dialoq, qarşılıqlı anlaşma yaradacağını bildirib.

1979-cu il İran islam inqilabından bu yana ABŞ-la İran arasında diplomatik münasibətlər yoxdur.