2012-ci ildə bayram günləri təsdiq olunub

Azərbaycan Nazirlər Kabineti «2012-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında» qərar qəbul edib.

Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2012-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 19, 20 avqust Ramazan bayramı, 25, 26 oktyabr isə Qurban bayramı elan edilib.

Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.