Rusiyada hakim partiyanın üzvü 3 regionda səsləri yenidən saymağa çağırıb

Hakim Vahid Rusiya partiyasının Moskva regional siyasi şurasının üzvü Vladimir Semaqo partiya rəhbərliyini dəyişmək üçün növbədənkənar qurultay keçirməyə çağırıb.

O AzadlıqRadiosuna müsahibəsində deyib ki, hakim partiyanın hazırkı strukturu ölkəni inkişaf etdirmək iqtidarında olmadığından yenidən yaradılmalıdır.

Vladimir Semaqo həmçinin hakim partiyanın birmənalı şəkildə qələbəsinin şübhə doğurduğu 3 regionda bülletenləri yenidən saymağa çağırıb.