Rusiya hakimiyyəti müxalifətin kütləvi nümayişinə icazə verdi

Rusiya hakimiyyəti Moskvada müxalifətin kütləvi nümayişinə icazə verib.

Moskvada polis işçiləri ilə toplantıda daxili işlər naziri Nurgaliyev deyib:
“Demək olar ki, bütün nümayişlərə icazə verilib. Ancaq siz bilirsiniz ki, vətəndaşların öz fikirlərini ifadə etmək kimi konstitusiya haqqı digər vətəndaşların haqlarını pozmamalıdır. Ona görə, icazəsiz mitinq cəhdlərinin qarşısı alınacaq”.

Moskvada nümayişə 30 min adamın çıxacağı gözlənilir. Müxalifət dekabrın 4-də Dumaya keçirilən seçkilərdə saxtakarlıqlar olduğunu bildirir və buna etiraz edir.