Pakistan hökuməti Talibanla danışıqlar aparır

Pakistan taliblərinin köməkçisi hərəkatın Pakistan hökumətilə sülh danışıqları aparmasını təsdiqləyib.

Talibanın rəhbərliyində ikinci adam hesab olunan Maulvi Faqir Mohammad danışıqların düzgün istiqamətdə aparıldığını deyir.

Rəsmi İslamabad hələlik məsələyə münasibət bildirməyib.

Ordu rəhbərliyi və məxfi xidmət sentyabrın sonlarında talibançılarla ilkin əlaqə yaradıldığını bildirmişdilər.

Bundan əvvəlki danışıqlar hələlik heç bir nəticə verməyib.