Belçikada avtobus dayancağındakı adamlara qumbara atıb, atəş açıb

Beşçikada xilasedicilər yaralılara yardım edirlər. 13 dekabr 2011

Belçikalı prokuror Daniel Reynders deyib ki, Belçikanın Liege şəhərində dekabrın 13-də avtobus dayanacağında adamlara atəş açan və qumbara atan şəxs tək olub. Onun adı Norodine Amranidir. Onun özü də ölənlər arasındadır.

Son məlumata görə, o, 3 adamı öldürəndən sonra özünü də vurub. 75-dən çox adam yaralanıb.

33 yaşlı Amraninin motivi məlum deyil.

Ancaq prokurorun sözlərinə görə, bu, terror hücumu deyil.

İlkin məlumatlarda hücum edənlərin 2 , hətta 3 nəfər olduğu deyilirdi.

Amrani 2008-ci ildə məhkum olunmuşdu. O, cinayətkar dəstənin üzvü kimi odlu silah gəzdirməkdə ittiham olunurdu.

Belçikanın Liege şəhərində silahlı şəxs avtobus dayanacağındakı adamlara atəş açıb və qumbara atıb.