Misirdə parlament seçkilərinin növbəti mərhələsi keçirilir

Bu gün Misirdə parlament seçkilərinin növbəti mərhələsi başlanır. Bu dəfəki səsvermədə 19 milyon adam iştirak edəcək.

Bu, Hosni Mubarakin devrilməsindən sonra Misirdə keçirilən ilk azad seçkidir. Seçki bir neçə mərhələdə, 6 həftə ərzində keçirilir.

Seçkinin birinci mərhələsinin nəticələrinə görə, islamçılar liderdir.