Yəməndə yaraqlılar 20 adamı edam edib

Yəmənin cənubundakı Abyan əyalətində azı 20 adam ABŞ-ın xeyrinə casusluqda ittiham olunaraq edam olunub. Onları edam edənlərin “Əl-Qaidə” yaraqlıları olduğu bildirilir.

Bu haqda Küveytdə çıxan As-Sayass qəzeti yerli şahidlərdən birinə istinadən yazıb. Adı çəkilməyən həmin şahidin sözlərinə görə, oğurluqda ittiham olunan 16 adamın isə əli kəsilib.