2011-ci il fotolarda
Liviya üsyançıları avqustun 21-də Muammar Qaddafinin oğlu Saif al-İslamın həbsi və paytaxt Tripolinin bir hissəsinin azad edilməsi barədə xəbərləri eşidib şənlənirlər.
Yanvarın 4-də ay tutulması zamanı Belorusda kilsənin üstü ilə uçan quşlar.
Yanvarın 5-də Türkiyədə tələbələrin etiraz aksiyası su şırnağı ilə yatırlır.
Yanvarın 11-də ABŞ-ın vitse-prezidenti Joe Bidenin səfəri zamanı Əfqanıstan Milli Ordusunun əsgərləri təlim mərkəzində əyləşiblər.
ABŞ prezidenti Barack Obama NASA-nın şatl proqramının direktoru, xanımı güllə ilə vurulan Mark Kelly-yə təsəlli verir. Kelly-nin xanımı, Nümayəndələr Palatasının üzvü Gabrielle Giffords Arizonada güllə ilə vurularaq ağır yaralanıb
Yanvarın 18-də Tunisdə aksiya iştirakçısı göz yaşardan qaz balonunu qaytarıb polisin özünə atır. Bundan bir az əvvəl on illərlə Tunisə rəhbərlik edən prezident Zine El Abidine Ben Ali aksiyalara tab gətirməyərək, ölkədən qa
Yanvarın 24-də Moskvada Domodedovo hava limanında partlayışda 31 nəfər həlak olub, 130 nəfər yaralanıb. Bu qadın da həmin hadisədən az sonra telefonla danışa-danışa ağlayır.
Yəmənin paytaxtı Sanaada yanvarın 26-da prezident Ali Abdullah Saleh rejimi əleyhinə etiraz aksiyası iştirakçıları qızılgül qaldırılar.
Misirin paytaxtı Qahirədə Tahrir meydanında fevralın 4-də etiraz aksiyası keçirilir, ölkənin qana bulaşmış bayrağını etirazçılardan biri qaldırıb.
Fevralın 11-də Misirn prezidenti Hosni Mubarak istefasını elan edərkən Tahirir meydanı coşqu içində.
İranda da ərəb inqilablarından ruhlanan etiraz aksiyaları oldu, fevralın 14-də Tehranda polislə toqquşma.
Fevralın 14-də Bəhreyndə etiraz aksiyası iştirakçıları ilə polis arasında qarşıdurma.
Fevralın 25-də Bağdadda korrupsiya və əsas sosial xidmətlərin olmamasına etiraz edənlərin keçirdikləri "Qəzəb Günü" mitinqi iştirakçılarından birini saxlayır.
ABŞ-ın vitse-prezidenti Joe Biden martın 11-də Moldova paytaxtına səfəri zamanı yerli sakinləri salamlayır.
Martın 11-də Yaponiyada Natori şəhəri yaxınlığında dənizdə baş vermiş zəlzələdən sonra yaranan sunami evləri dağıdır.
Yaponiyada Natori şəhərində dağılmış binaların qalıqları üstündə ağlayan qadın. Bu zəlzələ və sunamidə 23 000 nəfərə yaxın adam həlak oldu.
Martın 13-də Rusiya paytaxtı Moskvada müxalifət fəallarının keçirdiyi etiraz aksiyası.
Yenidən prezident seçilən Nursultan Nazarbayev aprelin 8-də keçirilən andiçmə mərasimində Qazaxıstanın bayrağını öpür.
Fransada üzü tam örtən islam geyimləri qadağan edilib, bu qadın isə dəmiryolu vağzalında niqabda gəzərək həmin qadağaya etiraz edir.
Bakıda aprelin 17-də keçirilən etiraz aksiyasında "Azadlıq" şüarı səsləndirən bu balaca qız da saxlanır.
Britaniya şahzadəsi William aprelin 29-da təntənəli toy mərasimi ilə sevgilisi Catherine ilə evləndi.
Mayın 1-də ABŞ prezidenti Barack Obama, vitse-prezident Joe Biden, dövlət katibi Hillary Clinton və Obamanın təhlükəsizlik komandası Ağ Evdə Osama Bin Ladenin öldürülməsi ilə nəticələnən və Pakistanda aparılan hərbi əməliyyatı can
Osama bin Ladenin öldürülməsi barədə xəbərə mayın 2-də Nyu York sakinlərinin reaksiyası.
Çeçenistan prezidenti Ramzan Kadyrov Qroznıda atası Akhmad-Hajji Kadyrov adına stadionun açılışında futbol əfsanəsi Diego Maradona ilə zarafatlaşır.
Mayın 11-də Yunanıstan paytaxtı Afinada etiraz aksiyası iştirakçıları ilə polis arasında qarşıdurma. Nümayişçilər kəskin borc böhranı ilə üzləşən hökumətin həyata keçirdiyi qənaət planına etiraz edirlər.
Mayın 14-də Azərbaycanın Eurovision mahnı yarışında Elli və Nikki qalib gəldilər.
Beynəlxalq Valyuta Fondunun rəhbəri Dominique Strauss-Kahn mayın 16-da otel xidmətçisini zorlama ittihamı ilə məhkəmə qarşısında.
Belqradda müharibə cinayətlərində ittiham olunan və 16 il gizlənmiş Ratko Mladicin tərəfdarları mayın 26-da onun həbsinə etiraz mitinqi keçirilər.
İyunun 6-da Gürcüstan prezidenti Mikheil Saakashvili ABŞ aktrisası Sharon Stone-u prezident sarayında qarşılayır. Stone 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş verən müharibədən bəhs edən "5 günlük mühar
15 iyun. WikiLeaks saytının təsisçisi Julian Assange Britaniyada ayağında nəzarət halqası ilə ev dustaqlığı yaşayır. O, seksual təcavüz ittihamı ilə məhkəməyə verildiyi İsveçə qaytarılmamaq üçün Britaniyada hü
İyunun 29-da Belorusun paytaxtı Minskdə keçirilən "Sosial şəbəkələrlə inqilab" adlı etiraz aksiyası iştirakçılarından biri həbs edilib, o, qələbə işarəsi verir.
İyulun 3-də Belorus prezidenti Alyaksandr Lukashenka oğlu Nikolayla birlikdə müstəqillik günü münasibətilə keçirilən hərbi paradı izləyir.
Bosniyada müsəlman qadın Serebrenica yaxınlığındakı qəbirstanlıqda dəfn olunan müharibə qurbanlarını yad edir. İyulun 11-də kütləvi qəbirdən çıxarılıb tanınması aparıldıqdan sonra 600 müsəlman qurban təzədən dəfn edilib.
İyulun 21-də Atlantis kosmik gəmisi Kennedy Kosmik Mərkəzə enib. Bununla da NASA-nın 30 illik kosmik şatl proqramı başa çatıb.
İyulun 22-də Norveçin Utoya adasında gənclər düşərgəsinə basqın edən silahlı Anders Behring Breivik 69 nəfəri öldürüb. Xilasedicilər hücuma məruz qalanları adadan çıxarırlar. O, hökumət binası yaxınlığında t&oum
Avqustun 8-də qəsbkarlar Londonda mağazaları talan edirlər. Həmin Britaniyada bir neçə şəhərdə gənclərin bu cür talanları oldu.
SSRİ-nin keçmiş prezidenti Mikhail Gorbachev 1991-ci ilin 19 avqust QKÇP hadisələri ilə bağlı mətbuat konfransında.
Avqustun 24-də uşaq intiharçı bombaçı olmaqda şübhəli bilinərək həbs edilmiş 20 gənci Ramazan bayramı münasibətilə əfv edib. Onlardan birinə xeyir-dua verir.
Avqustun 28-də İrena qasırğasına görə ABŞ-da azı 9 nəfər həlak oldu.
Sentyabrın 7-də Rusiyanın Yaroslavl vilayətində qəzaya uğrayan Yak-42 sərnişin təyyarəsində 44 nəfər həlak olub. Onların arasında Lokomotiv Yaroslavl hokey komandasının oyunçuları da vardı.
ABŞ-da 2001-ci ilin 11 sentyabrında baş vermiş terror qurbanlarının 10-cu anım mərasimində səmaya yüksələn işıqlar.
Sentyabrın 14-də Rusiya prezidenti Dmitry Medvedevin fanatlarından ibarət qrup "Ad günün mübarək, cənab prezident" mahnısı oxuyurlar.
Kaliforniyada təhsil alan çinli tələbələr oktyabrın 5-də Apple şirkətinin həmtəsisçisi Steve Jobsun ölümünü yandırdıqları şamlarla şirkətin emblemini quraraq yad edirlər.
Ukraynanın keçmiş Baş naziri Yulia Tymoshenko qızı Yelena ilə birlikdə Kiyevdə məhkəmə zalında. Oktyabrın 11-də keçmiş Baş nazir vəzifədən sui-istifadə ittihamları ilə 7 il müddətinə azadlıqdan məhrum edildi.
Oktyabrın 20-də üsyançıların qətlə yetirib mobil telefonla meydini çəkdikləri Liviyanın keçmiş lideri Muammar Qaddafi.
Oktyabrın 25-də Türkiyədə Van bölgəsində zələzlədən dağılmış evlərdən birinin altından 14 günlük körpə sağ çıxarılır. Körpə 46 saat dağıntılar altında qalıb.
Oktyabrın 25-də "Oaklandı işağl edək" şüarı ilə mitinq keçirənlər polsilə üz-üzə dayanıblar. Nyu Yorkda başlayan və sosial ədalətsiziliyə etiraz edənlərin bu aksiyaları payızda ABŞ-ın əksər şəhərlərini bürüm&
Qırğızıstan paytaxtına yaxın Araşan qəsəbəsində prezidentliyə namizəd Almazbek Atambaevin seçki portreti. Oktyabrın 30-da keçirilən seçkidə o, 63 faiz səslə qalib gəldi.
Noyabrın 13-də Suriyanın Homs şəhərində prezident Bashar al-Assad rejimi əleyhinə etiraz aksiyası. BMT-nin təxminlərinə görə ilin əvvəlindən bu ölkədə rejim əleyhinə etirazlar başlayandan bu yana 5000 nəfərə yaxın adam həlak olub.
Noyabrın 28-də Misir parlamentinə seçkilər keçirilir. Paytaxtda bu seçicinin də barmağı rənglənib. Bu, fevralda hakimiyyədən qovulan Hosni Mubarak-dən sonra Misirdə ilk azad seçki hesab edilir.
NATO-nun yanlış hava zərbələri nəticəsində Pakistanın 24 əsgəri həlak olub. Noyabrın 29-da Pakistanda keçirilən etiraz aksiyasında bu uşaq da NATO-nun hava zərbələrinə qarşı şüar tutub.
Noyabrın 29-da Britaniyanın Tehrandakı səfirliyinə basqın edən tələbələrdən biri orada kraliça II Elizabeth-in portretini cırırlar. İranlı tələbələr bununla Britaniyanın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalara etiraz edirdilər.
Əfqanıstanın paytaxtı Kabulda Aşura mərasimi zamanı törədilən partlayışdan saniyələr sonra. Dekabrın 6-da baş vermiş bu partlayışda azı 20 nəfər həlak oldu.
Dekabrın 6-da Moskvada Kreml tərəfdarı olan gənclər təşkilatının fəallarından biri parlament seçkisinin saxtalaşdırldığını deyən müxalifətin keçirdiyi etiraz aksiyasında iştirakçılardan birinə hücum edir.
Dekabrın 7-də Pakistanda sel basan ərazilərdə ağaclar hörümçək toru ilə örtülüb. Yerli sakinlər hörümçəklərin də seldən can qurtarmağa çalışdıqlarını deyirlər.
Dekabrın 10-da minlərlə adam son parlament seçkisinin nəticələrinin saxtalaşdırldığını deyən müxalifətin çağırışı ilə Rusiya paytaxtı Moskvanın küçələrinə çıxıblar.
Çex Respublikasının keçmiş prezidenti və dissident Vaclav Havel vəfat etdi. Dekabr, 2011
Çex Respublikasının keçmiş prezidenti və dissident Vaclav Havel vəfat etdi. Dekabr, 2011
Şimali Koreyanın lideri Kim Jong Il vəfat etdi, yerinə oğlu gəldi. Dekabr, 2011
Şimali Koreyanın lideri Kim Jong Il vəfat etdi, yerinə oğlu gəldi. Dekabr, 2011