Salam Sarvan. Öləsən - bir düşmən sevindirəsən

Ölüb yıxılasan, yıxılanda da...
Salxım-buzlar kimi sınıb gedəsən...
Deyirlər torpağın altı soyuqdu,
nola, qəbrinə də yanıb gedəsən...

Gözlərin tavana dəyib-qayıda,
ürəyin atlanıb çöllərə düşə...
Salıb itirəsən xatirələri -
ancaq etibarlı əllərə düşə.

Öləsən - bir düşmən sevindirəsən -
ardınca barı bir "sağ ol"un ola...
Gözünü qapaya bir qız əlləri -
Bu, sənin ilk qadın sığalın ola!