Salam Sarvan. Sən də gəl get cəzanı al...

Üç-üçün neçə eləyir?..
Nəsə səndə düz eləmir.
Durub deyirsən, ay Allah,
bə niyə doqquz eləmir?..

Sən də gəl get cəzanı al,
sən də qoşul hamımıza:
Tanrı ölüm hökmü kəsib
doğulmaq günahımıza.

...Ta çalma, qəmgin havalar
qəmi oynatmaz, ay uşaq.
Adam göz yaşı içində
gəmi oynatmaz, ay uşaq.