Salam Sarvan. Mən səni nə sevə, nə ata bildim

Mən səni qoynumtək açdım özümə...
Səndən keçib getdim yanınca sənin...
Nə səni daş kimi atdım dalımca
nə atdım su kimi dalınca səni...

Səni neynədimsə, ata bilmədim,
baxma, dediklərim söz idi elə.
Bu yoldan uzağa çıxıb getməyə
bir yol var, bu yolun özüdü elə.

Mən sənə öyrəşə bilmədim, sən öl,
yastığım, mən sənə yata bilmədim.
Heyf sağ qalsaydın, atardım səni,
Heyf öldün, səni ata bilmədim.