Metro stansiyalarında simsiz internet xidməti göstəriləcək

Dekabrın sonunda istifadəyə veriləcək «Məşədi Əzizbəyov» («Koroğlu» adlandırılacaq) stansiyası ən yeni texnologiyalarla təchiz edilib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA»ya verilən məlumata görə, metro stansiyalarından birinci olaraq burada simsiz internet – «Wi-Fi» şəbəkəsi qurulacaq.

Bundan başqa, stansiyada məlumat monitorları, informasiya köşkləri, xəbərləri izləmək üçün elektron tablolar qurulacaq.