Çay evində zəhərlənmədən ölən olub

Sumqayıt şəhər polis idarəsindən Lent.az-a verilən məlumata görə, 47-ci məhəllədəki çay evində oranın işçisi 1982-ci il təvəllüdlü Samir Nəsirov qidadan zəhərlənərək ölüb.

Çay evinin müştərisi olan Ramin Hacıyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun da qidadan zəhərləndiyi iddia edilir.

Faktla əlaqədar araşdırma aparılır.