Dünyanın ən məşhur allahsızı öldü

Christopher Hitchens, Noyabr, 2010

Dünyanın ən məşhur ateistlərindən Christopher Hitchens 62 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

Britaniyalı yazar, tənqidçi olan Hitchens öz fəaliyyətinə Britaniyada Beynəlxalq sosializm jurnalında başlayıb. Hitchens Vyetnam müharibəsiylə bağlı siyasətinə etiraz edəndən sonra Leyboristlər partiyasından uzaqlaşdırılmşdı.

1980-ci ildə ABŞ-a mühacirətindən sonra o, Şöhrətpərəslik Yarmakası jurnalında redaktorluq edirdi.

Amma Hitchensi məşhurlaşdıran nə ABŞ prezidenti Clinton haqda yazdığı “Yalan danışmağa adam qalmadı” kitabı, nə ABŞ-ın keçmiş dövlət katibi Henry Kissinger haqda yazdığı “Kissingerin məhkəməsi” kitabı, nə də məşhur filantrop Tereza ananı "fanatik Alban cırtdanı” adlandırması idi.

Hitchens 2007-ci ildə yazdığı “Allah Əkbər (Böyük) deyil: Din necə hər şeyi zəhərləyir” din əleyhinə kitabı və dinə qarşı fikirləri ilə məşhurlaşıb. Hithcens dini - xüsusən də İslamı zorakılığı yaymaqda, uşaqlara və qadınlara qarşı zorakılığı təbliğ eləməkdə, insanları qatil olmağa sövq etməkdə ittiham edir, Quranın yəhudi və xristian əfsanələri əsasında yazıldığını, dindarlığın özünün ən böyük günah olduğunu iddia edirdi.

2001-ci ilin 11 sentyabrın olaylarından sonra Hitchens dinə, xüsusən də islama qarşı sərt çıxışlar edib. ABŞ-ın Əfqanıstana hücumu və Bushun siyasətini dəstəkləyib. İslamı zorakılıqlarda ittiham edib. Hətta 2009-cu ildə Danimarka qəzeti Məhəmməd peyğəmbərin karikaturalarını dərc elədiyinə görə üzr istəyəndə buna qarşı da çıxırdı.

Hitchens İraqda Abu Ghraib həbsxanasında Amerika və İraq əsgərlərinin insanları suda boğmaqla işgəncə verib-ifadə almasına da etiraz edirdi. Hətta bunun bir işgəncə olduğunu sübut eləmək üçün öz üzərində eyni eksperimentin keçirilməsini də təklif edirdi.

2010-u ildə xərçəng diaqnozu oyulan Hitchens bu il dekabrın 15-də Hyustondakı xəstəxanada dünyasını dəyişib.