Çingiz Əlioğlu. Yaxşı və pis

yaxşı – pisin pis olması,
pis – yaxşının pis olmasıdır.
nəticə – dördün ikiyə nisbəti,
isbata ehtiyac olmayan tənlik.
yaxşılar – təkəm-seyrək,
pislərin tingliyi
tünlükdür, tünlük…

Avqust, 2008.