Oxot dənizində üzən platforma çönüb

Foto arxiv

Oxot dənizində üzən qazma platformasının çönməsi nəticəsində 4 adam ölüb, 49 adamsa itkin düşüb.

14 nəfərin xilas edildiyi xəbər verilir.

Qaranlıq dsüşdüyünə görə axtarış əməliyyatları bazar ertəsi səhərədək təxirə salınıb.

Qəza Saxalinin 200 kilometrliyində baş verib.

Platformada 67 adam olub.

İstintaqın gəldiyi ilkin nəticəyə görə, qəzaya səbəb fırtınalı hava şəraitində təhlükəsizlik qaydalarının pozulması olub.