Keçmiş Çexiya prezidenti Vaslav Havel vəfat edib

Keçmiş Cexiya prezidenti, kommunist erasının tanınmış dissidenti, dramaturq Vaslav Havel 75 yaşında vəfat edib.

Bu barədə Çexiya mətbuatı xəbər verir.

1996-cı ildə Havelin ağciyərində əməliyyat aparılıb.

Bundan sonra eks-prezidentin ağciyəri və yuxarı tənəffüs yollarında problemlər yaranmışdı.

Vaslav Havel 1993-2003-cü illərdə Çexiyanın prezidenti olub.

Vaslav Havel vaxtilə sosialist Çexoslavakiyasında sovet işğalına qarşı mübarizənin lideri olub.