İndoneziyada sərnişin bərəsi batıb

İndoneziyanın Yava adasında batmış sərnişin bərəsinin axtarışı gedir.

Hadisə şənbə günü axşam baş verib.

Bərədə 250-400 arası sərnişin olduğu bildirilir.

Qəzaya səbəb güclü fırtına olub.

Ölən və xilas edilənlər barədə dəqiq məlumat yoxdur.

Məlumatlara görə bərə Avstraliyaya qaçqın aparırmış.