Çex Respublikasının keçmiş prezidenti Vaclav Havel dekabrın 18-də 75 yaşında vəfat edib. O, dünyada demokratiya, insan haqları uğrunda mübariz kimi tanınıb.
Havel Azərbaycanda gedən prosesləri də izləyirmiş. 2009-cu ildə Azərbaycan BMT-nin Baş Assambleyasında İnsan Haqları Şurasına seçilərkən o, "New York Times" qəzetinə bildirib: "Azərbaycan və Rusiyada insan haqlarının vəziyyəti ikrah hissi doğurandır. Azərbaycan, Çin, Kuba, Rusiya və Səudiyyə Ərəbistanının vətəndaşları kimi, mən də yaxşı anlayıram ki, dövlətin ictimai diskussiyaya nəzarət etdiyi, müxalifəti sıxışdırdığı, söz azadlığını boğduğu bir ölkədə yaşamaq nə deməkdir”.
Havel jurnalist Eynulla Fətullayev, gənc fəallar Adnan Hacızadə və Emin Milli həbsdə olarkən onlara hədiyyə göndərib və onların azadlığa buraxılmasını istəyib.
Hələ 1990-cı illərdə sovet imperiyasından qurtulmağa çalışan respublikaların, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri ilə görüşüb.
“Mənə dedi ki, intellektual mübarizə aparın”
Müsavat Partiyasının sədri İsa Qəmbər deyir ki, o vaxt Moskvada keçirilən görüşdə
AXC-nin təmsilçisi kimi mərhum yazıçı Yusif Səmədoğlu iştirak edib: “Xatırlayıram ki, rəhmətlik Yusif bəy çox böyük təəssüratla qayıtmışdı. O görüşdə Vaslav Havel mübarizəni necə aparmaqla bağlı məsləhətlər vermişdi.
Səhv etmirəmsə, görüş 1990-cı ilin 20 yanvar qırğınından sonra baş vermişdi. Vaslav Havel demişdi ki, Azərbaycan xalqının dönmədən mübarizə aparmağı, bu yoldan dönməməyi və səbirli olmağı, o cümlədən Avropa demokratları ilə birgə işləməyi tövsiyə etmişdi. 2005-ci ildə mənə nəsib oldu ki, ABŞ-da Vaslav Havelin Konqresində bir çıxışını dinləyim. O zaman görüşdük, fikir mübadiləsi apardıq. Mənə tövsiyə etdi ki, intellektual mübarizə aparaq, bütün məsələlərə, insanlara qarşı diqqətli olaq, müxtəlif qruplar arasında ortaq məxrəc tapaq, Avropa ictimaiyyətinə müraciətlər edək”.
İsa Qəmbər deyir ki, Vaslav Havel dünya demokratiyasında böyük iz qoyub və bu iz hələ çox on illiklər dünyadakı proseslərə təsir göstərəcək.
Eynulla Fətullayevə Haveldən hədiyyə
Vaslav Havelin “Olqaya məktublar” (O, bu məktubları həbsdən arvadına yazmışdı)
kitabını jurnalist Eynulla Fətullayev həbsdə olarkən ona göndərib: “Biri var bu kitabı azadlıqda oxuyasan, biri var məhbəsdə. Mənə çox təsir etdi, duyğulandırdı. Havelin mənə dəstək verməyi, onun keçdiyi həyat yolu, mübarizəsi həbsdə ləyaqətimi qorumağa çox kömək etdi”.
Bu ilin sentyabrında Çexiyaya gedən Eynulla Fətullayev deyir ki, səfəri qısa müddətli olduğu üçün o, Vaslav Havellə görüşə bilməyib, amma onunla telefonla danışıb: “ Bu, həyatdı, hər kəs gəlir və bir gün gedir. Amma biri də var ki, bu dünyada şərəflə, ləyaqətlə yaşayasan. Vaslav Havel belə bir adam idi. O, əsl insanlıq zirvəsinə qalxmışdı. Bu dünyada çox dərin bir iz buraxdı. Bu cür adamlar dünyaya çox nadir halda gəlirlər. Mən bu şəxsiyyətə qibtə edirdim”.
Vaslav Havelin yeri görünəcək
İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Sabit Bağırov isə hesab edir ki,
dünyada demokratiya mübarizəsində Vaslav Havelin yeri görünəcək: “Əlbəttə, bu boşluq hiss olunacaq. Amma elə bilirəm ki, Havelin yetişdirdiyi mübarizlər onun zamanında gördüyü işləri uğurla davam etdirə biləcəklər. Onun ölümü azadlıqsevər, demokratik dəyərlərə önəm verən hər bir kəs üçün ağır itkidir”.