Qazaxıstanda ölənlərin sayı 15-ə çatıb

Qazaxıstanın Janaozen şəhərində baş vermiş toqquşmalarda 14 nəfər, qonşu Shetpe qəsəbəsində isə 1 nəfər ölüb.

Xəbəri Baş Prokurorluq yayıb. Onlarla yaralının və tutulanların olduğu bildirilir.

Hüquq müdafiəçiləri isə ölən və yaralananların rəsmi rəqəmlərdəkindən çox olduğunu bildirir.

Janaozen şəhərində komendant saatı tətbiq edilib.