Moskvada 20-dən çox etirazçı tutulub

Moskvada bu gün ilk iclasını keçirən parlamentin qarşısında aksiyaya çıxan 20-dən çox adam tutulub. Onlar parlament seçkilərinin nəticələrinə etiraz ediblər.

Xüsusi təyinatlı polislər aksiyanı dağıdıb. Hüquq-mühafizə orqanları baş verənlərlə bağlı məlumat verməyib.