Medvedev bu il prezident kimi son çıxışını edəcək

Rusiya prezidenti Dmitry Medvedev bu gün ölkə ictimaiyyətinə prezident kimi sonuncu çıxışını edəcək.

Rusiyada bu günlərdə keçirilən parlament seçkilərinin nəticələri yerli müxalifət tərəfindən tanınmayıb.

Dmitry Medvedev deyib ki, Rusiya siyasətinin modernləşdirilməsinə ehtiyac var. O, gələn il keçiriləcək prezident seçkisinə qatılmayacaq.

Keçmiş prezident, indiki baş nazir Vladimir Putin yenidən prezidentliyə namizəddir