Bağdadda bir gündə 10 terror aktı olub

Sizin brauzer HTML5-i dəstəkləmir

Dekabrın 22-də İraqın paytaxtında azı 10 partlayış olub.

60-a yaxın adamın öldüyü bildirilir. 150-dən çox yaralanan var.

Terror hücumlarının arxasında kimin durduğu bəlli deyil.

Bu həftə ABŞ-ın İraqdakı sonuncu qoşunu ölkəni tərk edib.

Bundan az sonra ölkənin sünni və şiə fraksiyaları arasında siyasi böhran yaranıb. Ölkənin vitse-prezidenti Tareq al-Hashemi'nin həbsinə qərar verilib. O, sünni fraksiyasını təmsil edir və terrorçuluqda ittiham olunur.

Vitse-prezident bu ittihamı rədd edir.