«Bu park dünəndən açılıb. Xoşuma gəldi. İçərişəhərə belə azadlıq lazımdır. İçərişəhər nə qədər azad yaşasa, bir o qədər rahat nəfəs ala bilər. Son vaxtlar əlavə tikintilər buraları yaman sıxmışdı. Burada isə maraqlıdır, qədimlik, arxeoloji qazıntılar. İnsan istər-istəməz həm keçmişlə təmasda olur, həm də dincəlir».
Bunu 2 yaşlı qızı ilə İçərişəhərdə təzəcə açılmış parka gələn Könül Hüseynova deyir. Doğrudan da sakit və xudmani bir parkda oturub ayaq qoyduğun ərazinin vaxtilə suyun altında olmasını, daha sonralar burada yeraltı yollardan keçildiyini, ovdan və kəhrizlərdən su daşındığını, təndirlərin və ocaqların qalandığını təsəvvür etmək adamda qeyri-adi təəssüratlar yaradır. Onsuz da İçərişəhəri gəzəndə istər-istəməz o tarixiliyi, qədimliyi yaşayırsan. Ancaq bunlar gözünün qarşısında olanda təəssürat bir az da dərin olur.
X-XIII ƏSR VƏ MÜASİRLİK
Bu park İçərişəhərdə Karvansaraya gedən yolun sol tərəfində açılıb. Ərazidə 1982-85-ci və 2010-cu illərdə arxeoloji qazıntılar aparılıb. Burada aşkar olunmuş X-XIII əsrə aid olan arxeoloji tapıntı sahələri bərpa olunub. Abadlaşdırılıb, park halına gətirilib. Şəhərin hay-küyündən kənar, sakit bir guşədə yerləşdiyindəndir, ya başqa səbəbdən parkda tək-tük adam gözə dəyir.
Parkda gəzişən Kərəm Abbasov sakitlikdə dincəlməyə gələnlərdəndir:
«Bura xarabalıq idi, sonradan təmizlədilər – ovdanlar, yeraltı yollar, maraqlıdır. İndinin özündə İçərişəhərdə çoxlu idarələr, firmalar var, hansı ki, heç lazım deyil. Hərəsinin 10-15 maşını var, buralara xələl gətirirlər. Səs-küydən sonra gəlib burada oturmaq adama yaxşı təsir edir».
ARVADINI DÖYƏN KİŞİ, BAZAR ALVERÇİLƏRİ...
Parkın bir hissəsində isə karikaturaçı rəssam Əzim Əzimzadənin büstü və onun əsərlərinin personajlarından ibarət kompozisiya qoyulub. Köhnə şəhər tipajlarıdır- arvadını döyən kişi, bazarda alver edən adamlar, toy məclisi...
Tələbə Rüstəm Nəbizadə təhsil aldığı Londondan bir neçə gündür gəlib. Deyir ki, bu arxeoloji qazıntılarla birlikdə bağdakı müasirlik də onun çox xoşuna gəlib:
«Yəqin keçmiş dövrlərdə adamlar belə olub. Qadınlar kişilərdən daha zəif – heykəltəraş bunu göstərmək istəyib. Bu adamlar bu günkü dövrə də uyğunlaşdırıla bilər. Yəni güclülər zəiflərə qarşı, imkanlılar kasıblara qarşı, toyumuz da ki oxşayır».
DƏRİNDƏN ÖYRƏNİLMƏMİŞ ŞƏHƏRİN BİR HİSSƏSİ
İçərişəhər icmasının rəhbəri, bərpaçı-rəssam Mirteymur deyir ki, bu park əslində hələ dərindən öyrənilməmiş İçərişəhərin yalnız bir hissəsidir:
«Çünki İçərişəhərin altında demək olar ki, 8 metrə yaxın o biri şəhər var. Daha qədim İçərişəhər. Bu qazıntılar da aparılanda həmişə onlar çıxır. Qız Qalasının yanında sütunlar çıxıb. Dörd sütundur. Üç metr dərinlikdən çıxıblar. Onların altında nə var, hələ bilmirik, aşkar edirik. Bu ərazidə 2 metr 18 sm dərinlikdə su üçün qədim, keramik «akviduki» tapılıb. Bundan başqa həmin dərinlikdə kanalizasiya boruları var. Bütün bu kommunikasiya sisteminin azı 300-500 il yaşı var. Ona görə bunları açmaq lazımdır».
Mirteymur deyir ki, parkın ərazisindəki yeraltı yollar da qədim şəhərdəki saysız yeraltı yollardan ancaq bir neçəsidir:
«EV TƏMİR OLUNANDA YOLLAR AÇILIR»
«İçərişəhər yeraltı yollarla doludur. Elə yerlər var ki, o yolları betonlayıblar. Heç uzağa getməyək, İtaliya səfirliyinin altındakı yol düz Şirvanşahlar Sarayına gedir. Biz uşaqlıqda o yolla əyilə-əyilə gedirdik. Hündürlüyü 1 metr, 1 metr yarım, eni də təxminən 70 sm-lik yol idi. Bir az gedib qayıdırdıq, o yolu da bağlayıblar. Eli evlər var ki, ev təmir olunanda yollar açılır».
Bu parkın ərazisindən təkcə yeraltı yollar, ovdanlar, quyular, qoşa məqbərə kompleksi olduğu ehtimal olunan ərazi, qayaüstü təpələr aşkar olunmayıb. Qədim qablar, heyvan buynuzları, bardaqlar, çıraqlar və başqa məişət əşyaları da tapılıb.
İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun mətbuat katibi Rahib Azəri AzadlıqRadiosuna bildirdi ki, tapılan bəzi əşyalar bir müddət sonra açılışı olacaq İçərişəhər Tarixi Muzeyinə verilib.