Türkiyə Fransadakı səfirini geri çağırıb

Türkiyə Fransadakı səfirini geri çağırıb. Dünən isə Türkiyə Fransa ilə hərbi əməkdaşlığın dayandırıldığını bəyan edib.

Buna səbəb Fransa parlamentinin 1915-ci il Osmanlı imperiyası dövründə erməni qırğınını soyqırım kimi tanınmasını cinayət sayan qanun qəbul etməsi olub.

Gələn ilin fevralında Fransa senatında müzakirəyə çıxarılacaq sənəddə bunu inkar edənlər və ölənlərin sayını azaldanların 1 il həbs cəzasına məhkum edilməsi və ya 45 min avro ərimə olunması nəzərdə tutulur.

Ermənistan 1915-ci ildə Türkiyədə milyon yarım erməninin qətlə yetirildiyini təkid edir. Türkiyə isə bu rəqəmin şişirdildiyini, həmin vaxt baş vermiş vətəndaş müharibəsində hər iki tərəfdən itkilər olduğunu deyir.