Yəmənin paytaxtında nümayiş dağıdılarkən 13 adam ölüb

Şənbə günü Yəmənin paytaxtı Sanada etiraz aksiyası dağıdılarkən azı 13 adam ölüb, 50 nəfərsə yaralanıb.

Bu barədə yerli həkimlər xəbər verirlər.

Bundan əvvəl 9 nəfərin öldüyü bildirilirdi.

Nümayişçilər prezident Ali Abdullah Salehin istefasını tələb edərkən hərbçilər kütləni atəşə tutublar.

Abdullah saleh bu ilin noyabrında hakimiyyətin dinc yolla verilməsilə bağlı razılaşma imzalayıb.

Fars körfəzi ölkələrinin vasitəçiliyi ilə əldə olunmuş bu razılaşmada hakimiyyətin verilməsi əvəzində Saleh və onun yaxın ətrafının cinayət məsuluyyətinə cəlb olunmaması və formal olaraq onun 30 gün hakimiyyətdə qalması nəzərdə tutulur.