Dekabrın 25-də Demokrat Partiyasının qərargahında Vətəndaş Hərəkatı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Sərhəd hərəkatı və milli birliyə gedən yol” mövzusunda müzakirələr keçirildi.
Təşəbbüs Qrupunun təmsilçisi İbrahim İbrahimli çıxışında bildirdi ki, Azərbaycanın müstəqillik qazanmasında sərhəd hərəkatının xüsusi rolu olub:
“Soyuq müharibədən sonra dünyada gedən proseslər Sovet imperiyasının süqutu ilə nəticələndi. Bu, qlobal demokratikləşmənin birinci dalğası idi. İmperiyanın tərkibində olan xalqlar müstəqillik qazandılar. Bu proseslərdə Azərbaycan xalqının xüsusi rolu olub. Azərbaycanın müstəqillik qazanmasında sərhəd hərəkatının böyük rolu oldu.
Biz müstəqillik əldə etsək də digər hədəflərimizə çata bilməmişik. Ərazi bütövlüyümüz pozulub, Azərbaycanda avtoritar rejim bərqərar olub. Artıq dünyada ərəb baharı ilə ikinci demokratikləşmə dalğası başlayıb. Bu proseslərdə də Azərbaycan xalqı öz sözünü
deməlidir. Növbəti hədəfimiz ölkəmizdə demokratik cəmiyyətin qurulmasına nail olmaqdı.”
Avro-Atlantik Şuranın sədri Sülhəddin Əkbər bildirdi ki, 1990-cı illərdə milli birliyin yaranmasında sərhəd hərəkatının böyük rolu olub:
1989-cu ildə Naxçıvanda yaradılmış Sərhəd Hərəkatı Təşkilat Komitəsinin sədri olmuş Asəf Quliyev:
“Əbülfəz Elçibəy bizə göstəriş verdi ki, sərhədlər sökülməlidir. Təşkilat komitəsi olaraq biz də bununla bağlı qərar qəbul etdik. Xalq da bizi dəstəklədi. Xalqın gücü nəticəsində 1989-cu il dekabrın 31-də biz sərhədləri sökməyə nail olduq. Bizdən iki gün sonra digər rayonlarda sərhədlər söküldü. Naxçıvanın qorunması baxımından Sərhəd Hərəkatının böyük rolu oldu”.
AXCP sədrinin müavini Asəf Quliyev keçmiş hərəkatçıları və müxalifət fəallarından Naxçıvanda insan haqlarının kobud pozulması ilə müşayiət olunan hadisələri diqqətdə saxlamağı xahiş etdi.
22 il əvvəl – 1989-cu il dekabrın sonlarında Azərbaycan Xalq Hərəkatının o zamankı lideri Əbülfəz Elçibəyin təşəbbüsü ilə Azərbaycanla İran arasındakı o vaxt hələ sovet hökumətinin nəzarət etdiyi sərhəd məftilləri sökülüb.
Berlin divarlarının sökülməsindən sonra parçalanmış xalqların birləşməsi ideyası Azərbaycanda da möhkəm kök salmışdı. Həmin vaxt o taylı bu taylı azərbaycanlılar tikanlı sərhəd məftilləri söküb bir-birinə qovuşdular, o tərəfdə, bu tərəfdə tonqallar qalandı.
O zamandan da hər il dekabrın 31-i Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü kimi qeyd edilir.
Təşəbbüs Qrupunun təmsilçisi İbrahim İbrahimli çıxışında bildirdi ki, Azərbaycanın müstəqillik qazanmasında sərhəd hərəkatının xüsusi rolu olub:
“Soyuq müharibədən sonra dünyada gedən proseslər Sovet imperiyasının süqutu ilə nəticələndi. Bu, qlobal demokratikləşmənin birinci dalğası idi. İmperiyanın tərkibində olan xalqlar müstəqillik qazandılar. Bu proseslərdə Azərbaycan xalqının xüsusi rolu olub. Azərbaycanın müstəqillik qazanmasında sərhəd hərəkatının böyük rolu oldu.
Biz müstəqillik əldə etsək də digər hədəflərimizə çata bilməmişik. Ərazi bütövlüyümüz pozulub, Azərbaycanda avtoritar rejim bərqərar olub. Artıq dünyada ərəb baharı ilə ikinci demokratikləşmə dalğası başlayıb. Bu proseslərdə də Azərbaycan xalqı öz sözünü
Avro-Atlantik Şuranın sədri Sülhəddin Əkbər bildirdi ki, 1990-cı illərdə milli birliyin yaranmasında sərhəd hərəkatının böyük rolu olub:
“Milli birlik bu gün də aktual olaraq qalır. Bu gün bizim hər birimiz xalqın içinə girib, təbliğat aparmalıyıq. İddia edirlər ki, ərəb inqilablarının başqa regionlara təsiri olmayacaq. Bu gün Rusiyada baş verənlər göz önündədir. Artıq növbə bizim regiona çatır. Avtoritar rejimləri məğlub etməyin yolu xalq hərəkatından keçir. Xalqı bu mərhələyə biz hazırlamalıyıq”.