Bayrama yığışan 7 nəfər güllələnib

ABŞ-da Texas ştatının Grapevine şəhərində bir evdə 7 nəfərin meyiti tapılıb. Polisin verdiyi məlumata görə, 4-ü kişi, 3-ü qadın olan həmin 7 nəfər güllələnib.

Ölənlərin hamısı qohumlar olub. Onlar Milad bayramını keçirmək üçün yığışıbmışlar.

Versiyalardan birinə görə, ölənlərdən biri digərlərini güllələyəndən sonra özünü də vurub. Hadisənin baş vermə səbəbi hələlik məlum deyil.