11 yaşlı uşaq yol qəzası törədib

Bu barədə «APA»ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Hadisə Bakı-Quba yolunun 8-ci kilometrliyində qeydə alınıb.

Sumqayıt şəhər sakini 28 yaşlı Sirac Tağızadənin idarə etdiyi «Hyundai» markalı avtobus, Bakı sakini 11 yaşlı Ülvi Qasımovun sürdüyü «VAZ-21074» markalı avtomaşınla toqquşub.

Nəticədə Ülvi Qasımov və sərnişinləri Asim Nəbiyev və Ukrayna vətəndaşı Faina Kabanovskaya xəstəxanaya yerləşdiriliblər.

Asim Nəbiyev orada vəfat edib. Digər yaralıların vəziyyəti isə orta-ağırdır.