Kraliçanın əri hələ də xəstəxanadadır

Britaniya kraliçası Yelizavetanın əri, şahzadə Filip üç gündür ki xəstəxanadadır və müalicəsinin konkret olaraq nə vaxt başa çatacağı bəlli deyil.

Kral sarayının rəsmisi deyib ki, şahzadənin “ovqatı yaxşıdır və qısa müddət ərzində həkim nəzarətində qalmaqda davam edəcək”.

Şahzadə ürək damarındakı kirəcləşməyə görə xəstəxanaya yerləşdirilib.

90 yaşlı şahzadə bu yaxınlarda kraliça ilə birlikdə Avstraliyaya səfər etmişdi. Yaşına baxmayaraq onun iş qrafiki bir qayda olaraq kifayət qədər sıx olur.