Eusebio-nun vəziyyəti sabitləşib

İkitərəfli sətəlcəm diaqnozu ilə ötən şənbə xəstəxanaya yerləşdirilmiş keçmiş portuqaliyalı futbol ulduzu Eusebio-nun səhhəti normallaşıb və o, bu həftənin cümə gününə qədər evə buraxıla bilər.

Həkimlərin bildirdiyinə görə, Eusebio tezliklə reanimasiyadan palataya köçürüləcək və orada ailəsi ilə görüşə biləcək.