ABŞ Macarıstanda demokratiyanın vəziyyətindən narahatdır

ABŞ Macarıstanda demokratiyanın vəziyyətindən narahatdır.

Bu barədə dövlət katibi Hillary Clintonun Macarıstanın baş naziri Viktor Urbana göndərdiyi məktubda bildirilir.

Hillary Clinton bu ilin iyununda Macarıstana səfəri zamanı ölkə rəhbərliyini demokratik prinsiplər, ilk növbədə hakimiyyət bölgüsü söz azadlığına sadiq qalmağa çağırmışdı.

Macarıstan müxalifəti və hüquq müdafiəçiləri hökumətin apardığı islahatlardan narahatdır.

Onların fikrincə məqsəd hakim FİDEC partiyasının siyasi üstünlüyünü gücləndirməkdir.