Budapeşt şəhər məhkəməsinin erməni hərbçisinin qətlində günahkar bilib ömürlük azadlıqdan məhrum etdiyi Azərbaycan milli ordusunun zabiti Ramil Səfərov həbsxanada daha bir kitab tərcümə edib.
Onun macar dilindən tərcümə etdiyi Ferens Molnarın “Pal küçəsinin oğlanları” kitabının təqdimat mərasimi keçirilib.
“Qafqazinfo”nun anspress-ə istinadən verdiyi məlumata görə, povest ilk dəfə Azərbaycan dilində nəşr olunur.
Kitabin redaktoru və ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Asif Rüstəmlidir.
“Məhbəsə sığmayan azadlıq eşqi” adlı müqəddiməsində Asif Rüstəmli Budapeştdə olarkən Ramil Səfərovla görüşündən, kitabın bədii məziyyətlərindən bəhs edib.
Ön sözdə vurğulanır ki, “Pal küçəsi təkcə budapeştli məktəblilər üçün deyil, bütün dünya gəncləri üçün azadlıq uğrunda, işğalçılara qarşı mübarizədə vətənpərvərlik meydanı, həyat universitetidir”.
Ramil Səfərov bu əsərdən əvvəl Macarıstanın tanınmış xanım yazıçısı Maqda Sabonun “Qapı” romanını müvəffəqiyyətlə orijinaldan Azərbaycan dilinə tərcümə etmiş və kitab 2011-ci ildə Bakıda çap olunmuşdu.
O bədii ədəbiyyat nümunələrini macar dilindən azərbaycancaya çevirən ilk tərcüməçidir