Bu il NATO Əfqanıstanda 500-dən çox əməkdaşını itirib

NATO bildirir ki, Əfqanıstanda yol qırağında bomba partlaması nəticəsində üç əsgəri həlak olub. Hərbi Alyans bildirir ki, hadisə dekabrın 27-də baş verib, amma təfsilatı məlumat verilmir.

Dekabrda xarici hərbi qüvvələrin 23 əməkdaşı öldürülüb. Ümumilikdə isə bu il öldürülənlərin sayı 540-a yaxındır.

Ötən il isə xarici hərbi qüvvələrin 700-dən çox əməkdaşı öldürülmüşdü.